Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirilib
Xarici İşlər Nazirliyinin məlumatına görə, Azov dənizində pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirmiş 4 nəfər Azərbaycan vətəndaşının cənazəsi ölkəyə çatdırılıb.Nazirlik həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edək ki, iyunun 5-də Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə qarşı həyata keçirilən dron hücumu zamanı 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmin gəmilərin Azərbaycan dövlətinə məxsus olmadığı deyilib.
11 iyun 2026

