Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşlardan xəbər var
Azov dənizində iyunun 5-də yük gəmilərinə dron hücumu nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir.Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Yeysk şəhərinə gedərək yaralı və xilas edilən vətəndaşlarla görüşüblər. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.Hazırda həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və axtarış-xilasetmə tədbirləri davam edir.Xilas edilən şəxslərin sənədləşdirilməsi və Azərbaycana qaytarılması istiqamətində də işlər görülür.
08 iyun 2026

