Canlı
Azov dənizində deşilərək zədə alan yük gəmisinin üzvlərindən biri azərbaycanlı olub

2018-10-11 / 08:45

Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo bayrağı altında üzən "Nila" yük gəmisi deşilərək zədə alıb. 3 min ton kömür daşıyan gəminin 11 heyət üzvündən biri Azərbaycandan olub. Yük gəmisi göyərtəyə dolmuş suyun nasosla çəkilməsi və korpusun germetizasiyası üçün öz gedişi ilə sahilə doğru üzüb və batmaqdan xilas olub.

Vəfa Şairova