Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlanılıb
2021-09-28 10:10
Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin ikinci günü də Azərbaycan ordusu torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün qəhrəmancasına mübarizəni davam etdirib. Basarkeçər-Ağdərə yolu da daxil olmaqla bütün döyüş ərazilərində Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlanılıb. Ermənistan ordusunun üç silah-sursat anbarı, onlarla texnikası məhv edilib. Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik ermənilərin işğalından azad edilib.
Nərgiz camal