Azarkeşlərin Xankəndiyə yola düşəcəyi vaxt müəyyənləşib
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik. Oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. Avtobuslar həmin gün səhər saat 5-də Koroğlu metrostansiyasından Xankəndiyə yola düşəcək.
Fərid Mehdiyev