Canlı
AZAL təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib

2018-09-14 / 12:07

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Qəbul sentyabrın 17-dən oktyabrın 17-dək saat 10.00-dan 12.00-yə kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır. Sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Vəfa Şairova