AZAL Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün çarter reyslərini davam etdirir
2020-03-19 12:00
Martın 19-na keçən gecə "Azərbaycan Hava Yolları" QSC tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilən çarter reysi ilə daha 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb. Həmçinin martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib. Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.
Vəfa Şairova