Azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək
2020-02-03 18:10
“Yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Bunu Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonu videoformatda qəbulu zamanı deyib. Dövlət başçısı ərazilərimizdə bərpa və tikinti işləri ilə bağlı bir neçə italyan şirkətinin dəvət olunduğunu bildirib, onların sayının daha da artacağına əminlik ifadə edib. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı məsələ üzərində işlərin başlandığı da diqqətə çatdırılıb.
Nərgiz camal