Azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlanıb
2020-12-21 10:00
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyası keçirir. Kəlbəcər rayonu, Xocavənd rayonu və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb. Aksiya davamlı olacaq.
Vüsalə Camal