Azad olunmuş ərazilərdə bütün dinlərə məxsus mədəni irs bərpa ediləcək
2020-02-11 18:00
Dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Bunun öhdəsindən gələcəyik. Dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik, orada məktəblər tikəcəyik. ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən videokonfransda Birinci vitse-prezident Mehriban Əliyeva belə deyib. Yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsin bərpa ediləcəyini vurğulayıb.
Vüsalə Camal