Azad olunmuş ərazilərdə 433 abidənin monitorinqi aparılıb
Şuşada 200, Cəbrayılda 22, Füzulidə 51, Zəngilanda 15, Xocavənddə 46, Qubadlıda 35, Ağdamda 47, Tərtərdə 4, Laçında 10, Kəlbəcərdə isə 3 abidənin monitorinqi aparılıb. Bu günə qədər azad olunmuş ərazilərdə dövlət qeydiyyatında olmayan 182 obyekt aşkar olunub, monitorinqə cəlb olunub. Sözügedən abidələr tarixi, memarlıq və arxeoloji əlamət daşıyırlar.
Fərid Mehdiyev