Aİ səfiri Mariyana Kuyundziç WUF13-də bildirib ki, Avropa İttifaqı Azərbaycanda mina təmizlənməsi layihələrini dəstəkləyir, o cümlədən gender yanaşması çərçivəsində ilk qadın minatəmizləmə qrupunun yaradılmasına kömək edib. Hazırda ANAMA ilə əməkdaşlıq üzrə yeni geniş layihə hazırlanır: mina aşkarlayan itlərin təlimi, avadanlıq təminatı, mina qurbanlarına yardım və xüsusi ambulansların verilməsi planlaşdırılır.ANAMA sədri Vüqar Süleymanov isə deyib ki, 2020-ci ildən bəri azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə təmizlənib, 250 mindən artıq mina və partlamamış sursat zərərsizləşdirilib. O vurğulayıb ki, mina problemi təkcə Azərbaycan üçün deyil, bir çox ölkələr üçün də bərpa və təhlükəsizlik prosesini ləngidən qlobal problemdir və bunun həlli beynəlxalq əməkdaşlıq tələb edir.
22 may 2026

