Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq
2021-12-06 12:05
İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilə qədər 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub. Öncə ərazilər minalardan təmizlənməli və məskunlaşma olmalıdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, işğaldan öncə bizim Cəbrayıl, Ağdam və Kəlbəcərdə 3 stansiya olub. Yeniləri ilk növbədə köhnələrin yerində qurulacaq və kompleks tədqiqatlar aparmaq üçün get-gedə bu şəbəkə genişləndiriləcək.
Vüsalə camal