Azad olunan ərazilərdə 13 məktəbin təmir-tikintisi davam edir
Azad olunan ərazilərdə 5 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, 2-si yekunlaşıb. 6 binanın isə təmir-tikintisinə başlanılacaq. Qarabağ və Şərqi Zəngəzurda 2 uşaq bağçası fəaliyyət göstərir. 4-nün təmiri davam edir, 4-nün də inşa və abadlaşdırılması indidən sonra aparılacaq.
Vüsalə Cənnətova