Azad olunan torpaqlarımızda inventarlaşdırma işləri davam edir
2021-05-25 12:06
İşğaldan azad olunmuş ərazilərimizdə inventarlaşdırma işləri davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq 13046 əmlakın inventarlaşdırma işləri tamamlanıb. Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.
Vüsalə Camal