Azad olunan ərazilərdə “Yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiya hazırdır
2021-11-05 12:00
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiya demək olar ki, hazırdır”. VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov bildirib ki, sənəd hazırda hökumətdə razılaşdırma mərhələsindədir. "Konsepsiya imkan verəcək ki, biz bölgədə elektrik enerjisi istehsalını bərpa olunan enerji mənbələri hesabına həyata keçirək, eyni zamanda, istehlakçılarla bağlı da yüksək texnologiyalar, “yaşıl texnologiyalar” tətbiq edək”, - deyə nazir bildirib.
Vüsalə camal