Azad olunan ərazilərə qanunsuz keçməyə cəhd edən şəxslər saxlanılıblar
2021-05-19 14:08
Füzulinin Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunan əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Sumqayıt sakini E.Qasımov və avtomobildə olan beş sərnişini Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər. Barələrində protokol tərtib olunub və inzibati tənbeh tədbiri tətbiq edilib.
Nərgiz camal