Azad olmuş ərazilərdə ilk dəfə peşə yarmarkası keçiriləcək
İşğaldan azad edilən ərazilərdə ilk dəfə peşə yarmarkası keçiriləcək. Dövlət Məşğulluq Agentliyi tərəfindən aprelin 25-də Laçında belə tədbir baş tutacaq. Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın və Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə master-klaslar keçiriləcək.
Vüsalə Cənnətova