Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda bu ölkənin Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb. Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdırıblar. Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşündə isə nazirliklər arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.