Azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işlərinin yarısı yekunlaşıb
Azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcərdə görülən işlərin 50 faizə qədəri yekunlaşıb. 2025-ci ilin sonunadak tam yekunlaşdırılması planlaşdırılır. Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. İşğal dövründə 60 min hektar meşə örtüyünün 50 min hektardan çoxu məhv edilib.
Zülfiyyə Telmanqızı