"Azad edilmiş ərazilərdə ermənilərin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir". General-mayor Hüseyn Mahmudov
Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. Azərbaycanı iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib. General-mayor Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. Azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işlərinin ləngidiyi, münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı da diqqətə çatdırılıb.