Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb
Oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. ANAMA-dan bildirilib ki, 435 hektar ərazi təmizlənib.