Azad edilmiş ərazilərdə bu günə qədər 16 kütləvi məzarlıq aşkarlanıb
Azad olunmuş ərazilərdə 16 kütləvi məzarlıq aşkar edilib. Qalıqları tapılan 500-dən artıq insandan 102-nin eyniləşdirilməsi həyata keçirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, 35 nəfərin qalıqları təhvil verilib. 73 nəfərlə bağlı məsələ hazırlıq mərhələsindədir.
Vüsalə Cənnətova