Azad edilmiş şəhərlərdə idman qurğularının yaradılması nəzərdə tutulur - Prezident İlham Əliyev
Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bu barədə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib. "Onu da bildirməliyəm ki, azad edilmiş şəhərlərdə bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır". Sitatın sonu.