Azad edilmiş 9 rayonda daşınmaz əmlakın ilkin inventarlaşdırması yekunlaşıb
2021-03-15 18:06
Azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib ki, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. Digər yaşayış məntəqələrinə də təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq.
Fərid Mehdiyev