Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib
2021-06-23 18:01
Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir. Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, məişət şəraitinin təmini məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.
Fərid Mehdiyev