Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sağlamlıq turizmi üzrə ixtisaslaşan hotellər fəaliyyətə başlayacaq.Bu barədə Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov məlumat verib.Onun sözlərinə görə, Kəlbəcər və Zəngilanda bu istiqamətdə hotellərin tikintisinə başlanılıb. Növbəti illərdə onların açılışı nəzərdə tutulur.
04 noyabr 2026

