Azad edilmiş ərazilərdə minatəmizləmə işləri davam edir
ANAMA-nın həftəlik məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 63 piyada əleyhinə mina, 6 tank əleyhinə mina və 253 partlamamış hərbi sursat aşkar edilib. Ümumilikdə 508,7 hektar ərazi mina və partlayıcı qalıqlardan təmizlənib.
19 yanvar 2026

