Azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həmin seçki məntəqələrinin lazımi avadanlıqlarla təchiz edildiyini qeyd edib. Məzahir Pənahovun sözlərinə görə, seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır.
Fərid Mehdiyev