Azad edilmiş ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 800-dən artıq müraciət daxil olub
2021-10-20 18:00
“Bu günə qədər azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 800-dən artıq müraciət daxil olub”. Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev bildirib ki, müraciətlərin təxminən 30%-i xarici investorların payına düşür. Həmin ölkələr arasında Türkiyə, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər üstünlük təşkil edir.
Nərgiz camal