Azad edilmiş ərazilərdə fəaliyyətlə bağlı 1152 sahibkar müraciət edib
2021-06-04 14:10
Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı sahibkarlardan bu günə qədər Kicik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olub. Müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur. Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında azad edilmiş ərazilərdə 50935 hektar sahədə şumlama işlərinin aparıldığı, 50393 hektar sahədə səpin həyata keçirildiyi də açıqlanıb.
Vüsalə camal