Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb
Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb. Dövlət mühafizəsində olan 749 tarixi abidədən 130-da inventarlaşma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti minalarla çirkləndirilən təhlükəli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb. Ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.

