Azad edilmiş ərazilərdə daha 187 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 108 tank əleyhinə mina, 204 Partlamamış Hərbi Sursat aşkarlanıb. 946,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Azad Mustafayev