2020-01-30 14:04
Baş nazir Əli Əsədov 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb. Müvafiq strukturların yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər martın 1-dək İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim edilməlidir. Azad edilmiş ərazilərdə sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflər də martın 1-dək İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim edilməlidir. Baş nazir həmçinin Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılması haqqında qərar imzalayıb.
Vüsalə Camal