Azad edilmiş ərazilərdə 15 yeni bağça açılır
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi açılır. Artıq bir sıra bağçalar fəaliyyətə başlayıb, digər müəssisələrin isə yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.Yeni təhsil ocaqları bölgədə yaşayan uşaqların məktəbəqədər təhsilə əlçatanlığını artıracaq və təhsil infrastrukturunun genişlənməsinə şərait yaradacaq.
27 noyabr 2026

