Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrılıb
2021-05-03 16:00
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 040 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Vüsalə Camal