Azad edilmiş ərazilərə yaşı 18-dən yuxarı olanlar səfər edə bilər
2021-01-21 12:00
İşğaldan azad edilən ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib ki, 18 yaşdan aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. O, həmçinin bildirib ki, hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir.
Nərgiz camal