Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub
Azad edilmiş ərazilərə xarici investorların investisiya yatırması ilə bağlı yeni açıqlama verilib.Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, hələlik Şuşa şəhərinə birbaşa xarici investisiya qoyuluşu həyata keçirilməyib.Hazırda turizm, infrastruktur və sanatoriya-kurort layihələri üzrə hazırlıq işləri aparılır, həmçinin xarici məsləhətçilərlə əməkdaşlıq genişləndirilir.Bu layihələr tam hazır olduqdan sonra xarici investorların azad edilmiş ərazilərə, o cümlədən Şuşaya investisiya yatıracağı gözlənilir.
19 may 2026

