Azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
2020-01-28 14:05
Azad edilən ərazilərdə bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib, onların əksəriyyətinin tamamilə dağıdıldığı məlum olub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərlinin sözlərinə görə, monitorinq zamanı tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə də aşkarlanıb.
Nərgiz camal