"Azərişıq" aztəminatlı ailələri sevindirdi
2020-04-28 16:03
Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi xüsusi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Bu dəfə nəcib təşəbbüsə Azərişıq əməkdaşları da qoşulublar. Aksiya çərçivəsində bu kateqoriyadan olan 50-ə yaxın ailəyə gündəlik tələbat və qida məhsullarından ibarət bağlamalar təqdim olunub.
Vüsalə Camal