"Azərişıq" ASC-yə məxsus transformatorda yanğın başlayıb

2020-09-30 16:01

Ötən gün Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Tərtərin Şıxarx qəsəbəsində yerləşən və "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində söndürülüb. Bundan başqa, Ağdamın Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, operativ müdaxilə sayəsində obyektin bir hissəsi və bitişik ev yanğından mühafizə olunub. Rayonun Baharlı-1 qəsəbəsində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyektində də baş vermiş yanğın söndürülüb. Həmçinin Ağdamın Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi yaşayış evləri və təsərrüfat obyektlərində, Tərtərin Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar baş verib. Qeyd olunan ərazilər düşmən tərəfindən intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb. Ağdamın Baharlı-1 qəsəbəsində isə mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik