"Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır"
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik. Bunu XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib. Ermənistan sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur. Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqe isə tamamilə əsassızdır.
Nərgiz Camalzadə