"Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və adekvat şəkildə cavablandırılacaqdır"
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel tərəfindən Azərbaycan əleyhinə səsləndirilən ittihamlar tamamilə qeyri-adekvatdır. Bu barədə XİN-dən bildirilib. Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr ikili standartlar kimi dəyərləndirilib. "Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq" - nazirliyin bəyanatında belə qeyd edilib.
Nərgiz Camalzadə