2021-06-04 10:10
Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Xarici İşlər Nazirliyindən Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edilən Artak Beqlaryanın “RİA Novosti”ə müsahibəsinə cavab olaraq bildirilir ki, təxribatçı açıqlamaların tirajlanması, Rusiyanın post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır. Azərbaycan və Rusiyanın üzərinə götürdüyü bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn istənilən fəaliyyətdən çəkinmək və separatçılıq təhdidlərinə qarşı mübarizə öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Vüsalə camal