Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi artıb
Prezident İlham Əliyev Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında ötən il ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon dollara çatdığı qeyd olunub.
Fərid Mehdiyev