Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılıb
2021-10-18 12:07
Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub. Bu barədə Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycana rəsmi səfərə gəlmiş Qətər Dövlətinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Taninin birgə mətbuat konfransında məlumat verilib. Azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində Qətər şirkətlərin cəlb olunması potensialının müzakirə edildiyi də diqqətə çatdırılıb.
Vüsalə camal