Canlı
Azərbaycanla Hindistan arasında birbaşa aviareys mümkündür

2018-03-12 / 18:01

"Azərbaycan və Hindistan arasında birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır". Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistanın ən yaxşıları” adlı hind məhsullarının sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, sabah məsələ ilə bağlı Hindistandan Bakıya nümayəndə heyəti gələcək.

Fərid Mehdiyev