Azərbaycanla BMT arasında COP29-un səmərəli təşkilinə dair müzakirələr aparılıb
Azərbaycanla BMT arasında COP29-un səmərəli təşkil olunması istiqamətində birgə fəaliyyət müzakirə edilib. Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb. Birgə fəaliyyət və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Fərid Mehdiyev