Azərbaycanla ATƏT arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakı çərçivəsində Avropa Şurasının Baş katibi, Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri, ATƏT-in Baş katibi və Estoniyanın xarici işlər naziri ilə görüşüb. Nazir Ceyhun Bayramov post-münaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. Azərbaycanın sülh quruculuğu təşəbbüslərini irəlilətdiyi, bütün bunlara baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini qeyd edib və genişmiqyaslı təxribatları barədə ətraflı məlumat verib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.