Canlı
Azərbaycanla Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var

Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Trend-ə bildirib ki, Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır - siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektoral blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqelərdə yaxınlaşma var".

Vəfa Şairova